Nümayəndə heyətinin Moskvada keçirəcəyi görüşlərdə nələrdən danışılacaq?

Baş nazirin müavini Mehmet Şimşek başçılığındakı nümayəndə heyəti Rusiya tərəfindən tətbiq edilən iqtisadi sanksiyalara son qoyulmasını müzakirə etmək üçün bugün Moskvaya səfər edəcək.

715032

İqtisadiyyat naziri Nihat Zeybekçinin də aralarında olduğu heyət Rusiya baş nazirinin müavini Arkady Dvorkovich ilə görüşəcək.

Nümayəndə heyətləri arasında keçiriləcək görüşlərdə təzə meyvə və tərəvəz idxalatında tətbiq edilən sanksiyalara son qoyulması gündəmə salınacaq.

Görüşlərdə həmçinin tikinti işləri başda olmaqla bu sektordakı sanksiyalar ilə Türk işçi çalışdırılmasına dair qadağa qərarına son qoyulması, viza rejimində keçmiş qərarların tətbiq edilməsinə imkan yaradılması, yol nəqliyyatındakı məhdudiyyətlərə son qoyulması ilə əlaqəli istəklər də çatdırılacaq.

Әlaqәli Xәbәrlәr