Referendum hәyәcanı dünyanın 57 ölkәsindә dә yaşanıb

Türkiyәdә konstitusiya dәyişikliklәrini nәzәrdә tutan referendum  hәyәcanı  dünyanın  57 ölkәsindә  dә yaşanıb.

714235
Referendum hәyәcanı dünyanın 57 ölkәsindә  dә yaşanıb

Türkiyәdә konstitusiya dәyişikliklәrini nәzәrdә tutan referendum  hәyәcanı  dünyanın  57 ölkәsindә  dә yaşanıb.

Xaricdә qeydiyyatda olan 3 milyonadәk  seçicinin 44 %-i  sәs verib.

Rəsmi olmayan nəticələrə әsasәn,  xaricdә yaşayan seçicilәrin  59 %-i  konstitusiya dәyişikliklәrinә ‘‘hә’’ deyib.

Ailə və Sosial Siyasətlər naziri Fatma Betül Sayan Kayanı  deportasiya edən Hollandiyada  seçicilәrin təxminən 75 %-i, Avstriyada isә  73 %-i ‘‘hә’’ deyib.

Qeyd edәk ki, Almaniyada qeydiyyatda olan Türkiyә vәtәndaşlarının 63 %-i ‘‘hә’’,  ABŞ-da yaşayanların 84%-i,  Kanadada isә  73 faizi konstitusiya dәyişikliklәrinә ‘‘yox ’’ deyib.

Gömrük-keçid mәntәqәlәrindә isә seçicilәrin 54 %-i  konstitusiya  dәyişikliklәrini  dәstәklәyib.



Әlaqәli Xәbәrlәr