İqtisadiyyat dünyası da referendum nəticəsinə münasibət bildirdi

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) sədri Nail Olpak ümumxalq səsvermənin nəticələrinə dair bəyanat yayıb.

714197
İqtisadiyyat dünyası da referendum nəticəsinə münasibət bildirdi
İsmail Gülle.jpg

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) sədri Nail Olpak ümumxalq səsvermənin nəticələrinə dair deyib ki, bu qərarın yeganə qazananı millətimizdir. Millətimiz gələcəyinə sahib çıxdı və sabitlik, əmin-amanlıq üçün sistem dəyişikliyinə 'bəli' dedi. Millətin qərarına hörmətlə yanaşır və təşəkkür edirik.

İstanbul Tekstil və Xammallar üzrə İxracatçılar Birliyinin (İTHİB) sədri İsmayıl Güllə də açıqlamasında deyib ki, millətimiz qərarını verərək, yeni bir dövrə qədəm qoydu. Yeni dövr, yeni həyəcanlar mənasını daşıyır. Artıq axırı gəlməyən müzakirələri buraxıb, millət olaraq əlbir olub gələcəyə üz tutma zamanıdır.

Türkiyə Gənc İş Adamları Konfederasiyasının (TÜGİK) rəhbəri Erkan Güral isə Türkiyənin güclü sabitliyə 'bəli' dediyini ifadə edərək bildirib ki, ölkəmiz referundum sayəsində çox əhəmiyyətli bir imtahanı geridə qoymuşdur. Zəfer ölkəmizin birlik və birliyimizin zəfəridir. Bu gün gəldiyimiz mərhələdə Türkiyə güclü iqtisadi sabitliyə səs vermişdir.

Türk Sənayeçiləri və İş adamları Dərnəyi (TÜSİAD) tərəfindən verilən "Türkiyə üçün birlik və islahat zamanı" başlıqlı yazılı bəyanatda keçirilən referenduma istinad edilərək vurğulanıb ki, tarixi əhəmiyyətdə qlobal dəyişikliklərin yaşandığı bir dövrdən keçilir. Referendum nəticəsi hansı istiqamətdə olursa olsun Türkiyə üçün ictimai həmrəylik və vaxt itirmədən gələcəyə üz tutmalıyıq.



Әlaqәli Xәbәrlәr