“Orada qərargah qurmuşlar”, R.T.Ərdoğan

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının inkişafının orta hesabla 1,8 – 1,9, Türkiyənin isə 2,9 səviyyəsində olduğunu vurğulayaraq Türkiyənin bu gedişlə daha irəliyə gedəcəyini söyləyib.

713216
“Orada qərargah qurmuşlar”, R.T.Ərdoğan

  Ərdoğan: "Türkiyə iqtisadiyyatda tavana qalxacaq, daha yaxşı yerlərə gələcək. Biz sərmayə qoymağı dayandırmayacağıq, eyni qətiyyətlə davam etdirəcəyik", - deyib.

  TRT-nin canlı proqramında Erhan Çelikin gündəmlə bağlı suallarını cavablandıran Ərdoğan Fətulahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin başçısı (FETÖ/PDY) Fətullah Gülənlə bağlı sözlərini Amerika Birləşmiş Ştatlarına ünvanlayaraq deyib:

  "Bu adam şarlatandır. ABŞ ona sığınacaq verib başına bəla etməməlidir, uşaqlarına da. Orada qərargah qurmuşlar. Təkcə “Charter School” məktəblərindən ildə 750 milyon dollar qazanırlar. Bütün bunlar hara xərclənir? ABŞ-ın konqres üzvlərinə bu pulların mənbəyi və xərcləndiyi yerlər barədə əldə etdiyimiz dəlilləri çatdırdıq. Amma nədənsə bunların heç biri haqqında inzibati tədbirlər görülməyib".



Әlaqәli Xәbәrlәr