Ərdoğan və Putin Suriyadakı vəziyyəti müzakirə etdilər

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında   telefon danışığı olub.

712324
Ərdoğan və Putin Suriyadakı vəziyyəti müzakirə etdilər

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında   telefon danışığı olub.

Yayılan məlumata əsasən, telefon danışığında Rəcəb Tayyip Ərdoğan və Vladimir Putin başda Suriyadakı vəziyyət olmaqla beynəlxalq mövzular və ikitərəfli əlaqələri müzakirə ediblər.

Telefon danışığı zamanı tərəflər Suriyada atəşkəsin möhkəmləndirilməsi məqsədi ilə birgə fəaliyyətin önəmini vurğulayıb, Astana və Cenevrə prosesinə dəstəyi davam etdirmək niyyətlərini bildiriblər.

Ateşkesin Suriya miqyasına yayılmasına dair birge fealiyyetlerin davam etdirilməsinin vacibliyini dilə gətirən liderler aprelin 4-də Suriyada kimyəvi silahdan istifadə ilə bağlı insidentin beynəlxalq səviyyədə araşdırılmasının vacibliyini diqqətə çatdırıblar.

Dövlət başçısı Ərdoğan kimyəvi silahdan istifadə edilməsinin insanlığa qarşı işlənən ciddi cinayət olduğunu qeyd edib.

Telefon danışığında iki ölkə arasındakı əlaqələri normallaşdırma səylərinə sürət qazandırılmasının vacibliyi də dilə gətirilib.



Әlaqәli Xәbәrlәr