Türkiyədə hər 5 prestijli evdən biri əcnəbiyə satılır

Keçən il Türkiyədə satılan prestijli evlərin 21%-ni xarici ölkə vətəndaşları alıb.

711217
Türkiyədə hər 5 prestijli evdən biri əcnəbiyə satılır

 
 Daşınmaz əmlak məlumat şirkəti - REIDIN-in Türkiyə  Direktoru Kərim Bertrand prestijli mənzil layihələri istiqamətində aparılan araşdırmalarının nəticələrini açıqladı.
 
 Keçən il kampaniyaların da təsiri ilə prestijli mənzillərin sürətlə satıldığınıi dilə gətirən Bertrand satılan prestijli evlərin 21%-ni əcnəbilərin aldığını söylədi.
 
 Bertrand keçən il prestijli ev satışlarının 33%-nin bank krediti ilə, 34%-nin isə sənədlə həyata keçirildiyini qeyd etdi.
 
 2017-ci ilin yanvar ayında prestijli ev layihələrdəki satışların 27%-i bank krediti ilə satılıb.
 
 Fevralda kredit istifadə nisbəti kampaniyaların təsiri ilə 48%-ə yüksəldi.
 
 Fevral ayında nəğd alma nisbəti 29%, sənədlə alma nisbəti isə 24 % olaraq qeyd edildi.



Әlaqәli Xәbәrlәr