“Sürprizlərlə qarşılacaqlar”, R.T.Ərdoğan

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Almaniyanın terrorçulara himayə etdiyini və nasizmi xortlatdığını söyləyərək: "16 Apreldən sonra çox sürprizlərlə qarşılaşacaqlar", - deyib.

710654
“Sürprizlərlə qarşılacaqlar”, R.T.Ərdoğan

  İstanbul Tibb Elmləri Universitetində təşkil edilən iki özəl televiziyanın ortaq çəkilişi ilə “Gənclərlə böyük görüş” proqramında olan Ərdoğan tələbələrin suallarına cavab verib.

  Hollandiya və Almaniyada yaşayan türklərlə Türkiyə nazirlərinin görüşlərinə qadağaların sadə hadisələr olmadığını, bununla orada yaşayan 3 milyon Türkiyə vətəndaşına hörmətsizlik edildiyini vurğulayan Ərdoğan deyib:

  “Almaniya minlərlə terrorçuya humayədarlıq edir. Onların terrorçu olmasıyla bağlı Türkiyə 4500 qovluq verdiyi halda Almaniya lazımi addımlar atmır…

  Almanlar İstanbuldakı rezidansda bir agent-terrorçunu bir ay saxladılar, sonunda biz təsbit edib onu yaxaladıq, həbs etdik...

  Avropa İttifaqı Türkiyəyə qarşı ikili standart nümayiş etdirir. Amma 16 apreldən sonra çox sürprizlərlə qarşılaşacaqlar.

  Türkiyədə yeni hökumət sistemi təkadamlıq dövr deyil. Yeni sistemdə qanunvericilik, icra və məhkəmə ayrı olacaq, icra isə tək əldə. Yeni sistemdə prezident və baş nazir ikiliyi ortadan qalxacaq, işlər daha ardıcıl və sürətli gedəcək”.



Әlaqәli Xәbәrlәr