Ərdoğan:"Terrorçuların yuvalarına girdik, qaçacaq dəlik axtarırlar"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çoruma gedərək xalqla görüşdü.

709784
Ərdoğan:"Terrorçuların yuvalarına girdik, qaçacaq dəlik axtarırlar"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çorumun qəsəbələrinə təbii qazın çəkiləcəyini bildirdi.

Çorum Abide Meydanında xalqa müraciət edən Ərdoğan:"Sizə bir müjdə vermək istəyirəm. İskilip, Alaca və Osmancık qəsəbələrinə bu il, Dodurga, Mecitözü, Oğuzlar qəsəbələrinə isə 2019-ci ildə təbii qaz veriləcək. Əkinçiliyin, sənayenin və bölgəsinin istehsal mərkəzi olan Çoruma nə etsək azdır" ifadələrini işlətdi.

Prezident çıxışında polis həftəsini də xatırlatdı: "Terrorçuların yuvalarına girdik. Hər keçən gün qaçacaq dəlik axtarırlar. Biz də sonuna qədər qovacağıq . Dinclik və rifah üçün nə lazımdırsa edəcəyik " deyərək polisləri təbrik etdi.



Әlaqәli Xәbәrlәr