Rəcəb Tayyib Ərdoğan:" Türkiyə hər baxımdan etibarlı bir limandır"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TRT FM, Kral FM və bəzi yerli radioların ortaq yayımında gündəmlə əlaqədar sualları cavablandırdı.

709827
Rəcəb Tayyib Ərdoğan:" Türkiyə hər baxımdan etibarlı bir limandır"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin hər baxımdan etibarlı bir liman olduğunu bildirdi.

Ərdoğan TRT FM, Kral FM və bəzi yerli radioların ortaq yayımında gündəmlə əlaqədar suallara cavab verdi.

Prezident Türkiyədə konstitusiya dəyişikliyi ilə əlaqədar aprelin 16-da keçiriləcək referenduma toxundu və Avropanın terror təşkilatları ilə əl-ələ verərək bu referenduma əngəl törətməyə çalışdığını vurğuladı.

Ərdoğan separatçı terror təşkilatı PKK-nın və Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY)  seçkilərə təsir etmək üçün əlllərində olan bütün imkanlardan istifadə etdiklərini  də qeyd etdi.

Türkiyə prezidenti 2002-ci ildə hakimiyyətə gəldiklərindən sonra ölkəni müsbət istiqamətdə dəyişdiklərini söyləyərək:" Hazırda xarici və daxili sərməyədarlar dövlətə yük olmadan bir sıra sərmayələr yatırırlar. Bunun adı isə valyutanı istiqamətləndirməkdir" dedi.

Ölkənin 35 ildir terrorla mübarizə etdiyini xatırladan Ərdoğan:" Terror bizim əzmimizlə bitəcək" fadəsini işlətdi.

Prezident aprelin 16-dan sonra atılacaq addımlardan da bəhs edərək, 10% olan seçim həddinin aradan qaldırılmasının tərəfdarı olmadığını və bu həddin sabitlik üçün vacib olduğunu qeyd etdi



Әlaqәli Xәbәrlәr