Türkiyə Solmalidə həyata keçirilən terror aktını pislədi

Türkiyə Somalinin paytaxtı Moqadişoda ötən gün Müdafiə Nazirliyi binası yaxınlığında yeni Silahlı Qüvvələr Komandanının konvoyunu hədəf götürən intihar hücumunu pisləyib.

709004

Xarici İşlər Nazirliyinin bununla bağlı bəyanatında bildirilib ki, Moqadişoda yüksək səviyyəli hərbi səlahiyyətliləri daşıyan konvoyu hədəf götürən hücum nəticəsində ilk məlumatlara görə aralarında vətəndaşların də olduğu xeyli sayda adamın həyatını itirməsi və yaralanmasından dərin kədər duyulmuşdur. Bu mənfur terror hücumunu qınayır, hücumda həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına başsağlığı, yaralılara təcili şəfalar diləyirik. Türkiyə terrorla mübarizəsində Somalinin yanında yer almağa davam edəcək.

Hücumda ilkin məlumatlara görə 13 adamın öldüyü, 10 adamın yaralandığı bildirilmişdi.

Yeni vəzifəsini təhvil almaq üçün təşkil edilən mərasimdən sonra yola düşən konvoyu hədəf götürülən Silahlı Qüvvələr Komandiri Məhəmməd Əhməd Cemalinin vəziyyətinin yaxşı olduğu qeyd edilmişdi.

Terror təşkilatı Eş-Şebab özünün internet səhifəsində hücumun məsuliyyətini öz üzərinə götürdüyünü bəyan etmişdir.

Әlaqәli Xәbәrlәr