R.T.Ərdoğan: "ABŞ-ın addımı müsbətdir, amma yetərli deyil"

Türkiyәnin dövlәt başçısı  Rəcəb Tayyib Ərdoğan  Amerika Birləşmiş Ştatlarının Suriya rejiminə mәxsus aviabazaya raket zərbələri endirməsinə münasibət bildirib.

708738

Dövlәt başçısı  ABŞ-ın addımını "gecikmiş" adlandırsa da  müsbәt qiymәtlәndirib.

İki özәl televiziya kanalına müsahibә verәn dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan ABŞ-ın hәyata keçirdiyi әmәliyyatı  yetәrli hesab etmәyib.

Әrdoğan  Suriyada hücumların  yalnız kimyәvi silahla deyil,  adi silahlarla da hәyata keçirildiyinin  gündәmә gәlmәsinin vacibliyini vurğulayıb.

Rәcәb Tayyib Ərdoğan  Suriyada kimyəvi silah olduğuna dair əllərində radar qeydlәrinin olduğunu, kimyəvi silahın hansı təyyarələrdən atıldığının da radarlarla təsbit  edildiyini  bildirib.

Әlaqәli Xәbәrlәr