Türkiyə İsveçdəki hucumu qınadı

Türkiyənin Baş naziri Binəli Yıldırım İsveçin paytaxtı Stokholmda olan hücumla bağlı isveçli həmkarı Stefan Löfvenə başsağlığı verib.

708386
Türkiyə İsveçdəki hucumu qınadı

  Türkiyə Xarici İşlər Nazirliyi də hücumu qınadığını bildirib. Nazirliyin şərhində deyilir: “Terror hücumu səbəbiylə günahsız vətəndaşların həyatlarını itirməsinin və yaralanması kədərli hadisədir. Bənzər hücumlara bir neçə dəfə məruz qalmış Türkiyə və türk xalqı İsveç və xalqının kədərini hiss edir və paylaşır. Terrorla mübarizədə qlobal iş birliyi  mühümdür. Terrorun hər növünə qarşı beynəlxalq dost və tərəfdaşlarla qətiyyətli mübarizə aparacağımızı təkrarlayırqı."

  Avropa İttifaqı üzrə Türkiyə naziri və Baş məsləhətçisi Ömər Çelik isə hücumla əlaqədar “Twitter” hesabından bu sözləri yazıb: “Hücumu qınayırıq. Ürəyimiz İsveç xalqı ilədir. Terrorizmə qarşı mübarizədə əməkdaşlıq etmək məcburiyyətindəyik."

  Qeyd edək ki, İsveçin paytaxtı Stokholmda 6 aprel tarixində yük maşınının böyük bir mağazaya soxulması nəticəsində 4 adam həyatını itirib, 15 adam yaralanıb.



Әlaqәli Xәbәrlәr