“Türkiyə dəyişə bilməzmi?” S.Soylu

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu: “Türkiyə öz gələcəyini düşünməyə başlayınca Qərb bizə insan haqqları, hüquq və azadlıq nağılları danışır”, - deyib.

707563
“Türkiyə dəyişə bilməzmi?” S.Soylu

  İstanbulun Tekirdağ rayonunda muxtar və qeyri-hökumət təşkilatları nümayəndələri ilə görüşündə Soylu deyib:

  “Dünyanı son zaman ən çox narahat edən məsələ dəyişmə prosesidir. Qərb dünyası özündən başqa dəyişmə istəyənlərə fərqli cavab izah edir. Dünya dəyişir, rabitə sistemi başgicəlləndirici şəkildə inkişaf edir, kürənin hər guşəsindəki insanlar bir-birinə yaxınlaşır, sərhədlər aradan qalxır və Berlin divarı yıxılır. Bunlar olur. Amma Türkiyənin 2002-ci ildən bəri dəyişmə prosesi Qərb tərəfindən get-gedə artan müqavimətlə qarşılaşır. Türkiyə hər atdığı addımda, ortaya qoyduğu inkişafda qorxutma, etiraz və müdaxilə ilə üz-üzə qalır. Halbuki Türkiyə hədəflərini, gücünü hər kəsdən daha yaxşı bilir. Əsas dəyişən Qərbin Türkiyəyə müttəfiq və dost anlayışıdır.”



Әlaqәli Xәbәrlәr