“Bu sistem təkcə Türkiyəyə məxsus deyil”, R.T.Ərdoğan

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan terror təşkilatlarına qarşı sərhədyanı sahələrdə əməliyyatların davam edəcəyi siqnalını verib.

707548
“Bu sistem təkcə Türkiyəyə məxsus deyil”, R.T.Ərdoğan

   Ölkənin özəl telekanalında gündəmlə bağlı suallara cavab verən Ərdoğan deyib:

  “Suriyanın şimalı terror ünsürlərindən təmizlənib. Cerablus, Rai, Dabi və Babda idarəetmə təmin olunub. 16 apreldə prezident üsuli-idarəsini ehtiva edən konstitusiya dəyişikliyi referendumundan sonra sərhədyanı yerlərdə yeni əməliyyatlar başlayacağıq.

  Rakkanın terror təşkilatı DAEŞ-dən qurtarılması üçün Amerika rəhbərliyilə birlikdə hərəkət etmək istəyirik. Separatçı terror təşkilatı PKK-nın Suriya qolu PYD ilə birlikdə hərəkət etmək səhvdir. Vaşinqtona yenə bu barədə xəbərdarlıq etdik. ABŞ-ın əvvəlki prezidenti Barak Obama dövründə PYD-ni qorumaq səyi var idi, təşkilata ciddi silah yardımı edilirdi. Bununla bağlı əlimizdə sənədlər də var: PYD-yə satılan silahların bir hissəsi DAEŞ-in əlinə keçib.

  Terror təşkilatı PYD-nin Münbiçdə yerləşməsi qəbul edilə bilməz. Münbiçi gerçək sahiblərinə vermək istəyirik. Ərazinin isə həqiqi sahibləri ərəblərdir, kürdlər yox.

  Türkiyənin Suriya və İraq sərhədində təhlükəsizlik divarları tikilir. Bununla daxili çıxışlar nəzarət altına alınacaq, milli təhlükəsizlik təmin ediləcək.”

  Türkiyənin özəl telekanalında söhbəti zamanı Ərdoğan ölkədə 16 Aprel prezident hökumət sistemilə bağlı konstitusiya dəyişikliyi referendumuna da toxunaraq deyib: “Bəzi qruplar qəsdən “tək adamlıq idarə” ifadəsini işlədirlər. Amma beş ildən bir seçki keçiriləcək. Ortada bir seçki qutusu var. Prezident üsuli-idarəsi təkcə Türkiyəyə aid deyil. Bu, dünyanın ən inkişaf etmiş ölkələrinin bir çoxunda başçılıq sistemidir".



Әlaqәli Xәbәrlәr