Türkiyə Somaliyə yardımlarına ara vermir

Türkiyənin aclıq və quraqlıqla mübarizə aparan Afrika ölkəsi Somaliyə yardımları davam edir.

707212
Türkiyə Somaliyə yardımlarına ara vermir

 Dünya miqyasında başladılan yardım kampaniyası çərçivəsində fəaliyyət göstərən Türk Hava Yolları 60 ton uşaq yeməyini Mogadişuya çatdırdı.
 
 Somalidə quraqlıq nəticəsində yaranan aclığın miqyası günü-gündən böyüyür.
 
 Milyonlarla insan ölümün astanasındadır.
 
 Beynəlxalq cəmiyyət son 30 ilin ən şiddətli qıtlıq təhlükəsinə qarşı hərəkətə keçdi.

Türkiyə bölgəyə yardım edən ölkələrin başında gəlir.
 
 Twitter və Youtube-da 2 milyona yaxın insanın təqib etdiyi fransız Jerome Jarre və 5 yoldaşı "Türk Hava Yolları, Somaliyə Yardım Et" və "Somali üçün Sevgi Ordusu" adlı kampaniyalara başladılar.
 
 THY-dən kampaniyaya cavab gecikmədi.
 
 Rəsmi hesabından "Sevgi və yardım çağırışına səs veririk" ismarıcını verən THY  60 ton uşaq yeməyini Somalinin paytaxtı Mogadişuya çatdırdı.
 
 Kampaniyanın 15-ci günündə yardım olunan ölkələrin sayı 125-ə, yardım edənlərin sayı 80 minə çatdı. Yardım fondunda toplanan pulun məbləği təxminən iki yarım milyon dollar oldu.



Әlaqәli Xәbәrlәr