Binәli Yıldırım özәl televiziya kanallarından birinə müsahibә verib

Türkiyәnin baş naziri Binәli Yıldırım konstitusiya dәyişikliyi ilә yaradılması nəzərdə tutulan sistemdә Mәclis vә Prezidentin  vәzifә  səlahiyyətlərinin dәqiq  şәkildә  müәyyәn olunacağını bildirib.

706697

Baş nazir  prezidentin vәzifәsinin  ölkәni idarә etmәk, parlamentin  vәzifәsinin  isә  qanun qәbul etmәk olduğunu deyib.

Özәl televiziya kanallarından birinə müsahibә verәn Binәli Yıldırım gәnclәrin suallarını cavablandırıb.

Binәli Yıldırım Mәclisin qanun qәbul edәcәyini,  prezidentin dә  bu qanun  uyğun olduğu halda tәtbiq edәcәyini  bildirib.

B. Yıldırım  yeni sistemdə baş nazirin olmayacağını da vurğulayıb. O, yeni sistemdə  millət kimə səlahiyyət verәcәksә  ölkəni də onun  idarә edәcәyini söyləyib.

Baş nazir bildirib ki, ''Yeni  sistemdә  vәtәndaş hәm mәclisi, hәm dә prezidenti seçir. Xalq  Mәclisә deyir ki, sәn qanun qәbul edәcәksәn, seçdiyim prezidentә nәzarәt edәcәksәn, yanlış addım atarsa da lazımi tədbiri görəcəksən. Prezidentə isə deyir ki, sәn ölkәni idarә edәcәksәn, söz verdiyin vәdlәri yerinә  yetirәcәksәn’’ 

Әlaqәli Xәbәrlәr