Ərdoğan:"Məgər DEAŞ-ı Suriyadan atmağa gücümüz çatmır ki, PYD-ni yanımıza alaq?"

Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan  Amerika Birləşmiş Ştatları və Rusiyanın Suriyada PKK/PYD ilə əməkdaşlıq etməmələrini arzuladığını bildirdi.

705808

 Ərdoğan:"Əgər PYD/YPG ilə bərabər bunu həyata keçirmək planınız varsa,Türkiyə olaraq bunda iştirak etməyəcəyik. Biz istərdik ki, ABŞ-ın da, Rusiyanın da bunlarla həmrəyliyi olmasın. Məgər DEAŞ-ı Suriyadan atmağa bizim gücümüz çatmır ki, PYD-ni yanımıza alaq?" dedi.
 
Özəl televiziya kanalında gündəmi dəyərləndirən Türkiyə prezidenti Suriyada yeni əməliyyatın keçirilməsinə də işarə edərək: "Fərat Qalxanı"nın birinci mərhələsi bitdi, davamı olacak. Haşdi Şabi adında bir terror təşkilatı da oradadır. Sincarın ikinci Qəndil olması ehtimalı var. Bəzi qüvvələr Münbiçə zorla PYD-ni soxmaq istəyirlər.  Münbiç bitmədi ki, Rakka başlasın" ifadələrini işlətdi.
 
 Ərdoğan Rakka ilə bağlı yekun bir qərarın olmadığını, danışıqların davam etdiyini qeyd etdi.
 
 Prezident İraqın Kərkük şəhərindəki bayraq böhranı ilə bağlı olaraq: "Kərkükün bir Türkmən şəhəri olduğunu bilirik. Kürdlərin orada gördüyü iş bir işğal hərəkətidir. Şimali İraq rəhbərliyinə:"səhv edirsiniz "çağırışı etdim" dedi.

Әlaqәli Xәbәrlәr