Türkiyə XİN Sankt-Peterburq metrosunda törədilən terror aktını pisləyib

Türkiyə  Sankt- Peterburq  metrosunda  törədilmiş   partlayışla əlaqədar Rusiyaya başsağlığı verib.

704975
Türkiyə  XİN Sankt-Peterburq metrosunda törədilən terror aktını pisləyib

Türkiyə  Sankt- Peterburq  metrosunda  törədilmiş   partlayışla əlaqədar Rusiyaya başsağlığı verib.

Türkiyənin Xarici İşlər Nazirliyindən mövzu ilə bağlı verilən açıqlamada: ‘‘Terrorun hər növünə  qarşı  olduğunu dəfələrlə  açıqlamış  ölkə olaraq bu alçaq  terror hücumunu  qəti şəkildə qınayırıq’’  deyə bildirilib.

Türkiyənin baş naziri Binəli Yıldırım   Rusiyanın baş naziri Dmitri Medvedevə  Sankt-Peterburq metrosunda törədilən terror hücumu nəticəsində həlak olanlarla  əlaqədar başsağlığı verib, xəsarət alanlara təcili şəfalar diləyib.

Türkiyənin XİN rəhbəri  Mövlud Çavuşoğlu da  Sankt-Peterburq  metrosunda törədilən  xain  terror aktını  qınayıb və hadisə ilə əlaqədar  Rusiya xalqına başsağlığı verib.



Әlaqәli Xәbәrlәr