“O bayrağı təcili endirin!” R.T.Ərdoğan

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İraqın Kərkük şəhərində ikinci bir bayrağın (IKBY) asılmasını yanlış hesab edir.

705686
“O bayrağı təcili endirin!” R.T.Ərdoğan

   Ölkənin Zonguldak şəhərində kütləvi açılış mərasimində etdiyi çıxışında Ərdoğan deyib: "Oradakı o bayrağın sahibləri bunu bilsinlər ki, separatçılıq edirlər. Mən İraq Regional Kürd Muxtariyyətinə səslənirəm: “Bu səhvdən təcili geri dönün!"

  İraq mərkəzi rəhbərliyinin bu hərəkətini doğru hesab etmədiyini bildirən Türkiyə dövlət başçısı bunu da bildirib ki: “Biz buradan xəbərdarlıq edirik. Çünki “Kərkük kürdlərindir” cəfəngiyatını biz Türkiyə olaraq qəbul etmirik. Kərkük türkmənin, ərəbin, kürdün – hamısınındır. “Bizimdir” iddiasının qarşılığı ağır olacaq. Bununla Türkiyə ilə münasibətlərinizi pozarsınız. O bayraqlarınızı təcili endirin, İraq milli bayrağı ilə yola davam edin. Yoxsa gəldiyimiz nöqtədən geri addım atmaq məcburiyyətində qalarsınız."



Әlaqәli Xәbәrlәr