Binәli Yıldırım: ‘‘Xalqımız rahat olsun. Yayılanlar dedi-qodudan başqa bir şey deyil’’

Türkiyәnin baş naziri Binәli Yıldırım  aprelin 16-da keçirilәcәk referendumun nәticәsinin ‘‘Hә’’ olacağı tәqdirdә  prosesin necə  irәlilәyәcәyi ilә bağlı məlumat  verib.

705042

O, referendumun nәticәsi ‘‘Hә’’ olarsa növbәdәnkәnar seçkilәrin keçirilәmәyәcәyini vurğulayıb.

TRT-nin qonağı olan baş nazir  Erhan Çelikin  suallarını cavablandırıb.

Müsahibә zamanı  Türkiyə ilə Avropa İttifaqı arasındakı münasibәtlәrә dә toxunan Binәli Yıldırırm  referendumdan sonra Aİ ilә  danışıqlar aparacaqlarını deyib. B. Yıldırım yaşanan bu qәdәr hadisәdәn sonra heç bir şey olmamış kimi hәrәkәt etməyin mümkün olmadığını söyləyib. 

Fәtullahçı Terror Təşkilatı Paralel Dövlət  İdarәçiliyinin iyulun 15-dә hәyata keçirdiyi uğursuz dövlәt çevrilişi cәhdindәn sonra yeni  çevriliş iddiaları ilә bağlı sualı da cavablandıran Baş nazir  ‘‘Xalqımız rahat olsun. Yayılanlar dedi-qodudan başqa bir şey deyil’’ deyib.

Kәrkükdә bayraq məsələsi ilə bağlı yaşanan gәrginliyә  dә münasibət bildirən B. Yıldırım  deyib ki, Kәrkük şәhәrindә rәsmi qurumlara İraq Kürd Regional Rәhbәrliyinin  bayrağının asılması qәbuledilmәzdir.

Әlaqәli Xәbәrlәr