“Türkiyə, kolumbiyaya  hər cür dəstək verməkdə hazırdır”: Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə olaraq sel və torpaq sürüşməsi fəlakəti nəticəsində 200-dən çox adamın həyatını itirdiyi Kolumbiyaya hər cür yardım və dəstək verməkdə hazır olduqlarını bildirib.

704472
“Türkiyə, kolumbiyaya  hər cür dəstək verməkdə hazırdır”: Ərdoğan

Prezident Rəcəb Tayyıb Ərdoğan, yaşanan fəlakət səbəbiylə Kolumbiya prezidenti Xuan Manuel Santosa göndərdiyi məktubunda, sel və torpaq sürüşməsi nəticəsində çox sayda insanın həyatını itirməsindən kədər duyduğunu ifadə edərək: “Kolumbiya dövləti və xalqının iztirabını ürəkdən bölüşür, yaraların bağlanması üçün hər cür dəstəyə hazır olduğumuzu bildirmək istəyirəm. Hadisə səbəbiylə, şəxsim və millətim adına dost Kolumbiya xalqı və hökumətinə, həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verir, yaralananlara təcili şəfa arzulayıram.



Әlaqәli Xәbәrlәr