Avropaya nə var Türkiyə referendumundan?

Türkiyənin Baş naziri Binəli Yıldırım Avropa ölkələrinin PKK və Fətullahçı terror təşkilatlarına himayəsini Türkiyə əleyhinə hərəkət adlandırıb.

704148
Avropaya nə var Türkiyə referendumundan?

   Kayseridə qeyri-hökumət təşkilatları nümayəndələri ilə bir araya gələn Baş nazir 16 apreldə ediləcək konstitusiya dəyişikliyi referendumu ilə bağlı Avropa ölkələrinin mövqeyilə bağlı deyib:

  "Bu gün FETÖ, PKK, DAEŞ təşkilatları, Avropa və bəzi ölkələrin hədəfi “xeyr” kampaniyasıdır. Buna onların nə marağı var? Yəni Türkiyənin konstitusiya dəyişikliyi avropalıları niyə bu qədər maraqlandırır? Yoxsa bizim referenduma avropalılarmı səs verəcək? Bunlar niyə PKK və FETÖ-nun yanındadır?

  Baxın Avropaya, küçələri separatçı başçıların şəkilləri və tərəfdarları ilə doludur. Amma Türkiyədən gurbətçilərlə görüşmək üçün gedən millət vəkilləri və nazirlərə qapılar bağlıdır. Avropa dəyərləri barədə danışanların gerçək üzünü bir daha gördük.

  Türkiyə torpaqları dünyanın gedişatını dəyişdirən bölgə olub həmişə. Bütün hadisələr Türkiyənin ətrafında cərəyan edir. Bunlara baxmayaraq, Türkiyə ayaqları üstündə şux durmağa davam etməlidir.  Şər mərkəzləri bunu bildikləri üçün əleyhinə var-gücləriylə çalışırlar.

  Bu konstitusiya dəyişikliyi bizim üçün əhəmiyyətlidir. Konstitusiyanı elə dəyişdiririk ki, bununla bütün qəyyumluqlar ortadan qaldırılacaq."



Әlaqәli Xәbәrlәr