Nabi Avcı:"Türkiyə əleyhinə görülən tədbirlərə baxmayaraq, vəziyyətimizi düzəldirik"

Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı Avropa mediasının Türkiyə turizmini terror hücumları vasitəsilə zəiflətməyə çalışdığını söylədi.

703836

 Özəl televiziya kanalında sualları cavablandıran Avcı: "Türkiyə əleyhinə görülən tədbirlərə baxmayaraq, vəziyyətimizi düzəldirik" dedi.
 
 Avropa mediasının həm terrorizmi qızışdırdığını, həm də iftira kampaniyası apardığını bildirən Avcı: "Bunlar yalnız media mənsublarının xəbər seçimləri deyil, başqa istiqamətləndirmələrin də  olduğunu  biz bilirik" dedi.
 
 Avcı bütün Avropada Türkiyə əleyhinə  irqçi, ksenofobik xarakterli tədbirlərə baxmayaraq,Türkiyənin iqtisadi vəziyyətinin yaxşılaşdırıldığını bildirdi.
 
Әlaqәli Xәbәrlәr