Fərat Qalxanı Hərəkatı sona çatdı

Türkiyə Silahlı Qüvvələrinin 24 avqust 2016-cı ildə koalisiya qüvvələrilə əlaqəli başladığı Fərat Qalxanı Hərəkatının müvəffəqiyyətlə tamamlandığı bildirilib.

703556
Fərat Qalxanı Hərəkatı sona çatdı

  Türkiyə Baş Qərargahından verilən məlumatda deyilir: “Birləşmiş Millətlər Təşkilatı Konvensiyasının 51-ci maddəsindən irəli gələn qanuni müdafiə haqqı çərçivəsində Türkiyənin təhlükəsizliyini təhdid edən terror təşkilatı DAEŞ başda olmaqla bölgədə mövcud olan digər terrorçuları da zərəsizləşdirmək və hüdud təhlükəsizliyini təmin etmək məqsədilə Fərat Qalxanı Hərəkatı 24 avqust 2016-cı ildə başlamışdı. Koalisiya qüvvələrilə koordinasiyalı başlanılan bu hərəkatının bu mərhələsi müvəffəqiyyətlə tamamlandı. Bununla belə, Türkiyə hər zaman milli təhlükəsizliyini qorumaq, arzuolunmaz maneələri aradan qaldırılmaq, suriyalıların ölkələrinə dönməsinə şərait yaratmaq və bölgədə təhlükəsizlik və sabitliyi təmin etmək məqsədilə işini davam etdirilməkdədir."



Әlaqәli Xәbәrlәr