İbrahim Kalın: “Fərat qalxanı” əməliyyatı başa çatdı, ancaq...

Dövlət başçısının sözçüsü İbrahim Kalın “Fərat qalxanı” əməliyyatının martın 29-dan etibarən uğurla başa çatdırıldığını bildirib.

703439
İbrahim Kalın: “Fərat qalxanı” əməliyyatı başa çatdı, ancaq...

Dövlət başçısının sözçüsü İbrahim Kalın “Fərat qalxanı” əməliyyatının martın 29-dan etibarən uğurla başa çatdırıldığını bildirib.

İ.Kalın Türkiyənin bölgədə təhlükəsizliklə əlaqəli tədbirlər görməyə davam edəcəyini vurğulayaraq deyib ki, Bərzani müstəqillik referendumuna dair bəyanat yaydı. Biz bunun səhv addım olduğunu düşünürük. Ayrıca da İraqın hal-hazırda qarşı-qarşıya olduğu belə həssas bir dövrdə, həm DEAŞ ilə mübarizə həm Türkiyənin PKK ilə davam etdirdiyi mübarizə çərçivəsində bu qədər təhlükəsizlik riskinin yüksək səviyyədə olduğu zamanda belə bir mövzunun gündəmə salınması düzgün deyildir.

İsrailin azana dair qadağa qərarına da toxunan İ. Kalın bildirib ki, bu həmin zamanda İsrail torpaqlarında yaşayan fələstinlilər, digər ərəblər üçün də qəbul edilməz vəziyyətdir. Ümid edirik ki,  İsrail bu səhvindən yaxın zamanda əl çəkər. Bu qadağa qərarının gecə səssizliyi yaxud da dincliklə əlaqəsi yoxdur. Azan dünyanın heç bir yerində heç kəsi narahat etməz. Çünki azan sülhə, salama, dincliyə dəvətdir.

İ.Kalın ölkə xaricindəki nümayəndəliklərdə səsvermə prosesinin davam etdiyini, ölkə xaricində səsvermə hüququna sahib 2 milyondan artıq Türkiyə vətəndaşının olduğunu bildirib. Kalın 2014-cü ildən bəridir hər seçkidə ölkə xaricindən iştirak edənlərin sayında artım olduğunu da sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr