Terror tәşkilatı PKK-ya aid 19 hәdәf mәhv edilib

Türk Silahlı Qüvvələri  tәrәfindәn Hakkari, Diyarbəkir və İraqın  Zap bölgəsinə təşkil edilәn  hava hücumu nәticәsindә terror tәşkilatı PKK-nın 19 hәdәfi mәhv edilib.

701739

Türkiyә Silahlı Qüvvәlәrinin  Baş Qərargahından  verilәn mәlumata görә, terror tәşkilatının  Hakkarinin Çukurca rayonu ilә İraqın Zap bölgәsindәki  mövqelәrinә dünәn  hava әmәliyyatı keçirilib.

Eyni saatlarda Hakkarinin Yüksekova rayonunun İkiyakalar bölgәsinә hava hücumu tәşkil edilib.

Döyüş tәyyarәlәri  bölgәdә davam edәn әmәliyyatlara dәstәk vermәk üçün terror tәşkilatının  Diyarbәkirin Hani-Lice rayonlarındakı mövqelәrini  dә vurub.

Hәrbi Hava Qüvvәlәrinә aid döyüş tәyyarәlәri  sәhәr saatlarında da Hakkarinin Yüksәkova  rayonunda terror tәşkilatına aid hәdәflәri vurub.

Әlaqәli Xәbәrlәr