R.T.Әrdoğan:‘‘Әmin-amanlığımızı pozanlar cavab verәcәklәr’’

Türkiyәnin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan: ‘‘Әmin-amanlığımızı  pozanlar cavab verәcәklәr’’ deyә qeyd edib.

701798
R.T.Әrdoğan:‘‘Әmin-amanlığımızı  pozanlar cavab verәcәklәr’’

Türkiyәnin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan: ‘‘Әmin-amanlığımızı  pozanlar cavab verәcәklәr’’ deyә qeyd edib.

 Dövlәt başçısı Beştәpә  Mәdәniyyәt  vә Konqres mәrkәzindә tәşkil olunan ‘‘Gözәl Türkiyә üçün tәbii ki ‘‘Hә’’ tәdbiri’’ dә  iştirak edib.

Tәdbir çәrçivәsindә çıxış edәn dövlәt başçısı terrorla mübarizәdә әldә olunan nailiyyәtlәrә diqqәt çәkib.

Rәcәb Tayyib Әrdoğan: ‘‘Terrorla mübarizәmiz qәtiyyәtlә davam edir. Hazırda terrorçuları öz yuvalarında mәhv edirik. Terrorçuları  Tendürәk dağında, Cudi, Gabar vә  Bestlәr Dәrәlәrdәki yuvalarında mәhv edirik. Daxili İşlәr nazirimizin  başçılığı altında fәaliyyәt göstәrәn silahlı qüvvәlәrimiz, polislәrimiz vә kәnd mühafizәçilәrimiz  bu mübarizәni davam etdirirlәr. Yalnız ölkә daxilindә deyil Suriyanın Cerablus, Rai, Dabık vә  Bab bölgәlәrindә  DEAŞ-ı PYD-ni mәhv edrәk  yolumuza davam edirik. Bu ölkәdә әmin-amanlığımızı pozanlar cavab verәcәklәr’’ deyib.



Әlaqәli Xәbәrlәr