Market və mağazalarda neylon torbalardan istifadə qadağan olunacaq

Türkiyədə 1 yanvar 2018-ci il tarixindən etibarən  market və mağazalarda neylon torbalardan istifadə qadağan olunacaq.

701051
Market və mağazalarda neylon torbalardan istifadə qadağan olunacaq

Türkiyədə 1 yanvar 2018-ci il tarixindən etibarən  market və mağazalarda neylon torbalardan istifadə qadağan olunacaq.
 
 Türkiyə Pərakəndə Satıcılar Federasiyasının (TPF) İdarə Heyətinin sədri Mustafa Altunbilek qadağanın Ekologiya və Şəhərsalma Nazirliyinin "Tullantı Əsasnaməsi" çərçivəsində tətbiq olunacağını bildirərək: "Alış-verişlərdə müştərilərimizi parça torbalardan istifadə etməyə yönləndirəcəyik" dedi.
 
 Altunbilek biodeqradasiyası əsrlərlə davam edən, həm millətin gələcəyinə, həm də insan sağlamlığına təhlükə yaradan neylon torbaların satış nöqtələrində pullu olması istiqamətində hüquqi tənzimləmənin 2018-ci ilin əvvəlində həyata keçiriləcəyini qeyd edərək, bu mövzudakı tənzimləmənin Amerika Birləşmiş Ştatları və bir çox Avropa ölkəsində uğurla tətbiq olunduğunu vurğuladı.
 
 Neylon torbaların təbiətə və insan sağlamlığına verdiyi zərərləri vətəndaşlara izah edəcəklərini bildirən Altunbilek yerli marketlərin müştərilərinə hər cür rahatlığı təmin edəcəklərini, keçid prosesində müştərilərə karton, və ya parça torba hədiyyə edəcəklərini söylədi.



Әlaqәli Xәbәrlәr