ABŞ dövlət katibi Reks Tillerson martın 30-da Türkiyəyə səfərə gəlir

Reks Tillersonun paytaxt Ankarda dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və digər bir sıra rəsmilərlə görüşü olacaq.

700395
ABŞ dövlət katibi Reks Tillerson martın 30-da Türkiyəyə səfərə gəlir

Reks Tillersonun paytaxt Ankarda dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və digər bir sıra rəsmilərlə görüşü olacaq.

ABŞ Dövlət Departamenti Tillersonun Türkiyə səfərində terror təşkilatı DEAŞ ilə mübarizə çərçivəsində Suriyanın Rakka şəhərinə istiqamətli əməliyyat və əməliyyatdan sonrakı prosesin müzakirəyə çıxarılacağını bildirib. Görüşlərdə həmçinin Rakkada yaxın zamanda sabitliyin hakim olması məsələsinin də müzakirə olunacağı vurğulanıb və Suriyada bundan sonra atılacaq addımların Türkiyə ilə müzakirə ediləcəyi dilə gətirilib.

ABŞ Dövlət Departamentinin açıqlamasında o da vurğulanıb ki, Türkiyənin terror təşkilatı PKK-nın Suriyadakı davamı olan YPG-nin bağlı olduğu Suriya Demokratik Gücləri ilə ələqali həssaslıqlarına diqqət yetirilir və görüşlərdə bu məsələyə də toxunulacaqdır.

Tillersonun səfəri zamanı rəsmi Ankaranın Fətullahçı Terror Təşkilatının (FETÖ) quldurbaşı Fətullah Gülənin Türkiyəyə geri qaytarılması mövzusunu gündəmə gətirəcəyi gözlənilir.

ABŞ Dövlət Departamenti bu məsələdə Tillersonun cavab verməyə hazır olduğunu da bəyan edib.

Reks Tillerson Ankaraya səfərindən bir gün sonra NATO toplantısına qatılmaq üçün Belçikanın paytaxtı Brüsselə gədəcək.



Әlaqәli Xәbәrlәr