Türkiyә İraqda törәdilәn terror hücumunu qınadı

Türkiyə  martın 23-dә  İraqın Səlahəddin şəhərinin Tuzhumatu qəsəbəsində  terror təşkilatı DEAŞ tərəfindən törәdilәn terror hücumunu  qınayıb.

699167
Türkiyә İraqda törәdilәn terror hücumunu qınadı

Türkiyə  martın 23-dә  İraqın Səlahəddin şəhərinin Tuzhumatu qəsəbəsində  terror təşkilatı DEAŞ tərəfindən törәdilәn terror hücumunu  qınayıb.

Xarici İşlər Nazirliyindən mövzu ilə bağlı verilən açıqlamada, martın 23-də Tuzhumatu qəsəbəsinin Çardaklı kəndində  DEAŞ terrorçuları  tərəfindən  törədilən  terror hücumu  nəticəsində   7 Türkmənin  həlak olması və 4-ü uşaq olmaqla 6 nəfərin yaralanması  ilə əlaqədar Türkiyə dövləti və xalqının hiss etdiyi  dərin kədər dilə gətirilib.

 Açıqlamada bu ifadələrə yer verilib: ‘‘ Türkmən soydaşlarımızın kədərinə şərikik. Bütün  İraq xalqına   dərin hüznlə başsağlığı veririk və xəsarət alanlara təcili şəfa diləyirik’’ .



Әlaqәli Xәbәrlәr