Binəli Yıldırım: "Türkiyənin  hər qarış torpağına sülh, əmin-amanlıq, qardaşlıq gələcək"

Ədalət və İnkişaf Partiyasının sədri və baş nazir Binəli Yıldırım  iyulun 15-də  PKK ilə Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçilinin birgə çalışdığını  söyləyib.

699166
Binəli Yıldırım: "Türkiyənin  hər qarış torpağına sülh, əmin-amanlıq, qardaşlıq gələcək"

Ədalət və İnkişaf Partiyasının sədri və baş nazir Binəli Yıldırım  iyulun 15-də  PKK ilə Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin birgə çalışdığını  söyləyib.

Binəli Yıldırım aprelin 16-da keçiriləcək referendumla bağlı Türkiyənin Bitlis şəhərində partiyası tərəfindən təşkil edilən mitinqdə xalqa müraciət edib.

Binəli Yıldırım: ‘‘O axşam PKK Kandildən ‘‘Əsgərlərə hücum etməyin onlar dövlət çevrilişi edəcəklər’’ deyib. İyulun 16-da  çevriliş cəhdinin qarşısı alındıqda və xainlər bir-birinin ardınca saxlandıqda Kandil  ‘‘Əsgərlərə hücum edin’’ deyə yeni mesaj verib. Bu xainlər aprelin 16-da keçiriləcək referendumun nəticəsi ‘‘Yox’’ olsun deyə çiyin-çiyinə çalışırlar. Kandil hər gün açıqlama verir ‘‘Referendumun nəticəsi ‘‘Hə’’ olarsa PKK bitər’’ deyə bildirib.

"Türkiyənin  hər qarış torpağına sülh, əmin-amanlıq, qardaşlıq gələcək" deyən Binəli Yıldırım: "Bir  olacağıq, birlikdə Türkiyə olacağıq. PKK da FETÖ də başımızın bəlası olmayacaq. Biz min illərdir  bu torpaqlardayıq. Çətin  və xoş ğünlərdə  bərabər olduq, bundan sonra da birgə olacağıq. Aramızı pozmağa çalışan bu alçaq terror təşkilatını aramızdan çəkib çıxaracağıq" dedi.



Әlaqәli Xәbәrlәr