“Onların başqa yolu yoxdur”, M.Çavuşoğlu

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İsveçrənin paytaxtı Berndə Avropa dövlətlərinin münasibətini tənqid edib.

698027
“Onların başqa yolu yoxdur”, M.Çavuşoğlu

  ABŞ-ın terror təşkilatı DAEŞ-lə Mübarizə Toplantısına qatılan Xarici İşlər naziri Mövlud Çavuşoğlu sonra getdiyi İsveçrədə çıxışı zamanı deyib: "Onların dərdi Türkiyənin daha sərbəst olmasıdır. Bunu qəbul edə bilmirlər. Amma edəcəklər, başqa yol yoxdur".

  Dünən – martın 23-ündə səhər paytaxt Bernə gedən Çavuşoğlu ilk olaraq isveçrəli həmkarı Didye Berkxolterlə görüşüb. Söhbət zamanı ikitərəfli əlaqələr, regional mövzular və Suriya problemi barədə danışılıb.

  Axşam Türkiyə Xarici İşlər naziri türk qeyri-hökumət təşkilatları nümayəndələrilə səfirlikdə görüşüb, 16 Aprel referendumu barədə məlumat verib, yeni konstitusiyanın hədəflərini izah edib.



Әlaqәli Xәbәrlәr