“Bunun harası təhdiddir?” R.T.Ərdoğan

Türkiyənin Dənizli şəhərində vətəndaşlara xitab edən ölkə başçısı R.T.Ərdoğan Aİ ölkələrinin Türkiyəni üzv etməmək üçün qarşıya qoyduqları səbəblərin həqiqəti əks etdirmədiyini söyləyib/

698767
“Bunun harası təhdiddir?” R.T.Ərdoğan

  Rəcəb Tayyib Ərdoğan Türkiyəni 54 ildir qapıda gözlədən Avropa İttifaqının ikiüzlü siyasətindən danışıb.

  Türkiyənin Dənizli şəhərində vətəndaşlara xitab edən ölkə başçısı R.T.Ərdoğan Aİ ölkələrinin Türkiyəni üzv etməmək üçün qarşıya qoyduqları səbəblərin həqiqəti əks etdirmədiyini söyləyib:

  "Avropa İttifaqı Türkiyəni həzm edə bilmir. Heç bir ölkə belə qapıda gözlədilmədi. Amma Türkiyəni gözlətdilər. Niyə? Çünki Avropa İttifaqının içində əhalisinin əksəriyyəti müsəlman olan ölkə yoxdur.

  Bizə göstərdikləri səbəb nədir? - Sizin əhalinizin sıxlığı çoxdur, olduqca böyüksünüz. Başqa çox olanlar da var. Almaniyanın əhalisi Türkiyə qədərdir. Bu bəhanə inandırıcı deyil.

  Avropanın yalanlarını üzlərinə vurunca Aİ ölkələri narahat olur. Onları təhdid etdiyimizi söyləyirlər. Bunun harası təhdiddir? Bizim dediklərimiz Avropa ölkələrinin azad insan haqqları haqqında səhvləri və nəticələridir."


Etiketlәr: #Denizli Ərdoğan

Әlaqәli Xәbәrlәr