Rəcəb Tayyib Ərdoğan Londonda törәdilәn  terror hücumunu qınadı

Türkiyәnin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İngiltərənin paytaxtı Londonda baş verən terror hücumunu şiddətlə qınadığını açıqlayıb.

697167
Rəcəb Tayyib Ərdoğan Londonda törәdilәn  terror hücumunu qınadı

Türkiyәnin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İngiltərənin paytaxtı Londonda baş verən terror hücumunu şiddətlə qınadığını açıqlayıb.

Rәcәb Tayyib Әrdoğan hücumla bağlı  şәxsi ‘‘Twitter’’ sәhifәsindәn verdiyi açıqlamada: ‘‘Lononda törәdilәn  terror hücumunu şiddәtlә qınayıram. Türkiyә olaraq İngiltәrәnin acısını qəlbimizdə hiss edirik və bu kədərə şərikik’’ deyә bildirib.

Dövlәt başçısı hәmçinin qeyd edib ki: ‘‘ Hücum nәticәsindә hәyatını itirәnlәrin yaxınlarına vә dost İngiltәrә xalqına başsağlığı verir, yaralılara tәcili şәfalar dilәyirәm’’

Bu arada dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan  Londonda törәdilәn  terror aktı ilә әlaqәdar  İngiltərənin  baş naziri  Tereza Meyә  başsağlığı verib. Ərdoğan  Türkiyənin terrorizmlə mübarizədə hәr zaman İngiltәrә ilә hәmrәy olduğunu söylәyib.



Әlaqәli Xәbәrlәr