Somaliyə yardım kampaniyası

"Ben Stiller və yoldaşları Somali xalqı üçün çox gözəl və incə bir iş görür. Biz də yardım etməyə hazırıq."

696885
Somaliyə yardım kampaniyası

  Türkyə dövlət başçısı sözçüsü İbrahim Kalın yardım kampaniyasını təşkil edən məşhur aktyor Ben Stillerlə telefonda danışandan sonra ictimai media hesabından yazıb:

  "Ben Stiller və yoldaşları Somali xalqı üçün çox gözəl və incə bir iş görür. Biz də yardım etməyə hazırıq".

  İ.Kalının bu mesajı Stiller tərəfindən paylaşılıb.

  Qıtlıqla mübarizə aparan Somali xalqına yardım məqsədilə ictimai media fenomeni Jerom Jarr tərəfindən paylaşılan video da qısa zamanda milyonlarla insana yetişmişdi.

  “Hollywood”un məşhur aktyorlarından olan Ben Stiller də keçən həftə sosial mediadan yardımlar üçün Türkiyə Hava Yollarından təyyarə istəmiş və müsbət cavab almışdı.

  Qeyd edək ki, 2 milyon dollarlıq kampaniyaya bu günə qədər 75 min adam qatılıb və ilk 24 saatda 1 milyon 400 min dollar əldə edilib. Bu sırada Türkiyə Hava Yolları Somaliyə 60 ton humanitar yardım çatdıracaq.



Әlaqәli Xәbәrlәr