“Ərdoğanın buna ehtiyacı yoxdur”, Y.Akdoğan

Yalçın Akdoğan TRT-də "Dəyişən Türkiyə" proqramında qonaq olub.

695862
“Ərdoğanın buna ehtiyacı yoxdur”, Y.Akdoğan

  Ədalət və İnkişaf Partiyasının (AK Parti) Ankara üzrə Millət vəkili Yalçın Akdoğan konstitusiya dəyişikliyinin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana çox böyük səlahiyyət verəcəyi iddialarının həqiqəti əks etdirmədiyini bildirib.

  Yalçın Akdoğan TRT-də "Dəyişən Türkiyə" proqramında qonaq olub.  

  "Siyasi liderlik və Ərdoğan" kitabını təqdim edən Akdoğan referendum müzakirələrinə də toxunub:

  "1960-cı il çevilişindən sonra bir qəyyum nizamı quruldu. Bu, hər 10 ildən demokratiyanı güdən bir vəziyyətə gətirdi. 15 İyul gecəsi qanlı çevriliş cəhdindən sonra bu oyun pozuldu, amma təhlükə və çətinlik davam edir. Ona görə sistemə yenidən baxılması və bu qəyyumluq nizamının tamamilə ortadan qaldırılması lazımdır."

  Konstitusiya dəyişikliyi ilə Ərdoğanın daha çox güc əldə edəcəyi iddialarının isə həqiqəti əks etdirmədiyini də vurğulayan Akdoğan deyib: "Bir-iki şeyin çıxarmaqla bir adamı lider edə, ona güc verə bilməzsiniz. Yəni Ərdoğanın buna ehtiyacı yoxdur. Bu günə qədər digər dövlət başçıları də eyni səlahiyyətlərə malik idi, amma heç biri çevrilişi dəf edə bilmədi, xalqı tankların önünə çıxara bilmədi."



Әlaqәli Xәbәrlәr