Numan Kurtulmuş Bruno Kahla reaksiya göstərib

Numan Kurtulmuş dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın sədrliyində Prezident İqamətgahında keçirilən Nazirlər Kabinetinin toplantısından sonra açıqlama verib və sualları cavablandırıb.

695420
Numan Kurtulmuş Bruno Kahla reaksiya göstərib

Baş nazirin müavini Numan Kurtulmuş  Almaniyanın Federal   Kəşfiyyat Xidmətinin  rəhbəri Bruno Kahlın  15 iyulda həyata keçirilən uğursuz dövlət çevrilişi cəhdinin arxasında  Fətullahçı Terror Təşkilatı Palalel Dövlət İdarəçiliyinin  (FETÖ/PDY) dayanmadığı  ilə bağlı iddialarına sərt reaksiya göstərib.

Numan Kurtulmuş dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın sədrliyində Prezident İqamətgahında keçirilən Nazirlər Kabinetinin toplantısından sonra açıqlama verib və sualları cavablandırıb.

N. Kurtulmuş  Almaniyanın Sosial-Demokrat partiyasının namizədi Martin Şulzun Rәcәb Tayyib Әrdoğan vә Türkiyә әleyhinә  olan ifadәlәrinin  qəbuledilməz olduğunu vurğulayıb.

Terror təşkilatı PKK-nın həm Almaniya,  həm  də Avropa İttifaqı  tərəfindən beynəlxalq terror təşkilatları siyahısına  salındığını  vurğulayan Numan Kurtulmuş: ‘‘Bu təşkilatın Türkiyə əleyhinə mitinq keçirməsinə icazə verib, Türkiyəli nazirlərin toplantı keçirməsinə icazə verməmək heç bir standarta uyğun gəlmir’’ deyib.

 



Әlaqәli Xәbәrlәr