Türkiyə verdiyi nota ilə məsələni BMT-nin gündəminə gətirdi

Nota Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu tərəfindən BMT-nin baş katibi Antonio Quterreşə təqdim edilib.

692459
Türkiyə verdiyi nota ilə məsələni BMT-nin gündəminə gətirdi

Türkiyə ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya və onu müşayiət edən diplomatik heyətə Hollandiyada qansuz davranışın Vyana müqaviləsinə zidd olduğunu bildirərək, mövzunu nota ilə BMT-nin gündəminə gətirdi.

Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu tərəfindən BMT-nin baş katibi Antonio Quterreşə təqdim edilən notada Diplomatik Əlaqələr Haqqındakı Vyana müqaviləsi ilə Konsulluq Əlaqələri Haqqındakı Vyana müqaviləsinin “zəmanətçisinin” BMT baş katibi olduğu xatırladılıb.

Notada nazir Kayanın martın 11-də Rotterdamda Türkiyənin Baş konsulluğuna girməsi, konsal və Türkiyə vətəndaşları ilə görüşünə Hollandiya təhlükəsizlik qüvvələri tərəfindən mane olunduğu ifadə edilib. Həmçinin polisin nazir və digər nümayəndələrin pasportlarını müsadirə etdiyi də vurğulanıb.

Notada polisin müvafiq olmayan gücdən istifadə edərək diplomatik maşınlara müdaxilə etdiyi və nazirin Nijmegen qəsəbəsindəki polis idarəsinə  aparılaraq 90 dəqiqə burda saxlanıldığı, sonra da maşını ilə təzyiqlə Almaniya sərhədinə qədər aparıldığı qeyd edilib.

Türkiyənin Rotterdam Baş konsulluğunun və digər əməkdaşların konsulluqdan çıxıb naziri qarşılamalarına icazə verilmədiyi bildirilən notada o da vurğulanıb ki, bu davranışlar həm diplomatik nəzarət və beynəlxalq qaydalara ziddir həm də Konsulluq Əlaqələri Haqqındakı Vyana müqaviləsinin 5 və 36-cı maddələrinin pozuntusudur.

Notada Türkiyənin Hague Səfirliyinin müvəqqəti işlər vəkili, Deventer baş konsulu və iki əməkdaşın üstü axtarılaraq polis idarəsinə aparıldığı, Türkiyə Xarici İşlər Nazirliyinin müdaxiləsinə baxmayaraq müvəqqəti işlər vəkilinin bir saat, baş konsulun 40 dəqiqə, idari əməkdaşların isə 2 saat tək nəfərlik hücrədə saxlanıldığı və əşylarının müsadirə edildiyi bildirilib.

Həmin davranışların Diplomatik Əlaqələr Haqqındakı Vyana müqaviləsinin 22, 26, 29 və 37-ci maddələri ilə Konsulluq Əlaqələri Haqqındakı Vyana müqaviləsinin 5, 34, 36, 40, 41 və 43. maddələrinin açıq şəkildə pozuntusu olduğu qeyd edilib.

Notada BMT baş katibindən həmin pozuntulara BMT ümumi iclasına təqdim edəcəyi mövzuya dair hesabatında yer verməsi və bu pozuntuları əhatə edən yazılı bəyanatı bütün ölkələrə mümkün olan ən yaxın zamanda təqdim etməsi istənib.



Әlaqәli Xәbәrlәr