"Türkiyə ilə yaşanan diplomatik böhranda daha barışdırıcı mövqe ortaya qoyulmalıdır"

Türkiyə ilə Hollandiya arasında yaşanan qalmaqaldan sonra bu ölkədə ötən gün keçirilən seçkilərdən dərhal sonra geri addım atıldı.

692948

Hollandiya baş naziri Mark Rutte başçılığındakı Azadlıq və Demokratiya üçün Xalq Partiyasının qələbə çaldığı səçkilərin başa çatmasından sonra Türkiyə ilə gərginliyə son qoyulması istiqamətində bəyanatlar yayılmağa başladı.

Bu ölkənin müdafiə naziri Jeanine Hennis-Plasschaert Haaqada  mətbuata açıqlama verərək Türkiyə ilə yaşanan diplomatik böhranda daha barışdırıcı mövqe ortaya qoyulmasının vacibliyini dilə gətirib.

Müdafiə naziri Ruttenin seçkilərdə daha çox səs toplamaq üçün Türkiyə ilə gərginliyi dərinləşdirdiyi barədəki iddiaları ilə qəbul etməyib.

Ancaq xalq sorğularında Türkiyə ilə Hollandiya arasında yaşanan diplomatik böhrandan əvvəl Rutte ilə ifrat sağçı Geert Wildersin bərabər səviyyədə olduqları, martın 11-də baş verən böhrandan sonra Ruttenin səslərini artırdığı aydın olmuşdu.

Səslərində azalma olsa da seçkiləri 3-cü dəfə uğurla tamamlayan Ruttenin partiyasının 150 üzvü olan Parlamentdə 33 millət vəkili yeri qazandığı dəqiqdir.

Әlaqәli Xәbәrlәr