“Artıq Avropa ağlını başına yığmalıdır”,B.Yıldırım

Baş nazir Binəli Yıldırım artıq Avropanın belə siyasətini Türkiyəyə görə istiqamətləndirdiyini söyləyib.

693045
“Artıq Avropa ağlını başına yığmalıdır”,B.Yıldırım

Baş nazir Binəli Yıldırım artıq Avropanın belə siyasətini Türkiyəyə görə istiqamətləndirdiyini söyləyib.

Baş nazir Çankırı şəhərində xalqa xitabən etdiyi çıxışda Hollandiyada ötən gün keçirilən parlament seçkilərinə toxunaraq deyib ki, Türkiyə bu seçkiləri də nizama qoydu. Ölkəmiz daha bir müddət irqçiliyə Avropada mane oldu. Lakin ağlınızı başınıza yığın, bu qərəzli siyasətlər İslam, Türk düşmənçiliyi, İslam qorxusu sizi doğru istiqamətə aparmaz.

Bəzi ölkələrin “Avropa dəyərləri, azadlıq, insan haqları” dediyini, amma onların gərçək üzünün bir həftə içində görüldüyünü ifadə edən baş nazir bildirib ki, Almaniya, Hollandiya, İsveçrə… Mövzu Türkiyə olduqda anidən necə də diktator olduqlarını, necə qadağanedici qərarlara üz tutduqlarını gördük. Oralarda “yok” demək sərbəst, “hə” demək qadağandır. Bunların söz azadlığından, azadlıqdan, insan haqlarından başa düşdükləri ancaq bu qədərdir.

Avropa ölkələrinə xəbərdarlıq da edən Yıldırım onu da deyib ki, bu edilənləri yaddaşımıza yazdıq, lazım gəldikdə cavablar verildi, verməyə də davam edəcəyik.

Terrorla mübarizəyə də toxunan Yıldırım bu mövzuda qətiyyətli olunduğunu vurğulayıb və deyib ki, harda olmasından asılı olmayaraq terrorla mübarizəmiz davam edəcəkdir. Suriyada “Fərat qalxanı” ilə uğurla həyata keçirilən əməliyyatla DEAŞ terror təşkilatını necə məhv etdiksə, digərlərini də həmin şəkildə məhv edəcəyik.



Әlaqәli Xәbәrlәr