"Bu məsələdə Avropa hansı təhdidlərlə qarşı-qarşıya olduğunu düşünsün", B. Yıldırım

Baş nazir Binəli Yıldırım ötən gün özəl televiziya kanallarından üçündə yayımlanan açıqlama verib.

691527
"Bu məsələdə Avropa hansı təhdidlərlə qarşı-qarşıya olduğunu düşünsün", B. Yıldırım

Baş nazir Binəli Yıldırım ötən gün özəl televiziya kanallarından üçündə yayımlanan açıqlama verib.

Baş nazir Avropa İttifaqı ilə əlaqələrə toxunaraq deyib ki, ya seçkilərdən əvvəl yaxud da seçkilərdən sonra Avropa İttifaqı bir seçim etməlidir. Türkiyə ilə əlaqələri yenidən gözdən keçirəcək, bunun başqa yolu yoxdur.

Baş nazir Avropa ilə əlaqələrin bərpası və keçmişdəki kimi davam etməsi üçün cəhdi Avropa ölkələrinin göstərmələrinin  vacibliyini vurgulayarak, Avropa dəyərinin demokratiya, insan hüquqları, söz azadlığı olduğunu, lakin bunun tətbiqdə görülmədiyini deyib.

Baş nazir Yıldırım “Qaçqınların Geri Qəbulu” razılaşması barədə də Türkiyənin tutduğu mövqeyi, öhdəsinə götürdüyü rol və bölgədə baş verənləri nəzərə aldıqda Avropanın hansı təhdidlərlə qarşı-qarşıya olduğunu düşünməsinin vacibliyini dilə gətirib.

Baş nazir qeyd edib ki, Türkiyə ilə Avropa ölkələrini bir-birinə bağlayan ən önəmli varlıq Avropada yaşayan soydaşlarımızdır. Onlar Avropa ilə arada dostluq körpüsüdür. Bu baxımdan əlaqələrdə gərginlik yaratmağın bizə şübhə yoxdur ki, faydası olar, amma Avropaya xeyri olmaz, daha çox zərəri olar. Bunu da hər kəs başa düşməlidir.

Baş nazir Binəli Yıldırım Hollandiya ilə baş verənlərə də toxunaraq bildirib ki, xarici işlər naziri Mövlud Çavuşoğlunun uçuş icazəsinin  ləğv edilməsi diplomatiyadakı ən ciddi səhvdir. Bundan əlavə ailə və sosial siyasətlər naziri Fatma Bətul Sayan Kayanın Türkiyənin Rotterdam Baş konsulluğuna girməsinin qəbul edilməməsi  vəziyyəti nəzarətdən çıxarmışdır.  Hollandiya ilə yaşanan böhrandan sonra diplomatik uçuşların, yüksək səviyyəli ziyarətlərin təxirə salınması və Hollandiyanın Ankara səfirinin Türkiyəyə gəlməməsi barədəki qərarda proses təqib ediləcək, zamanı, zəmini və şərtləri yarandıqda cavab veriləcəkdir.

Mövzu haqqında Avropa İnsan Məhkəməsinə müraciət ediləcəyinə dair açıqlamalara da münasibət bildirən baş nazir “Nə üçün Beynəlxalq Ədalət Məhkəməsi deyil də Avropa İnsan Haqları Məhkəməsinə gedilir?” sualına isə belə cavab verib: Bizim müvəqqəti işlər vəkili və baş konsulu bir ara nəzarətə aldılar, sonra bunun səhvən olduğu söyləndi və bu barədə Hollandiyanın baş naziri Mark Rutte zəng edərək üzr istədi.



Әlaqәli Xәbәrlәr