"Türkiyə, Niderlandın gerçək üzünü, Srebrenitzada gördü":Prezident Rəcəb Tayyib Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan, 14 Mart Tibb Bayramı münasibətiylə, həkimlər və bu sahədə fəaliyyət göstərən işçilər ilə prezident administrasiyasında bir araya gəlib.

691296
"Türkiyə, Niderlandın gerçək üzünü, Srebrenitzada gördü":Prezident Rəcəb Tayyib Ərdoğan

Prezident Ərdoğan tədbirdə çıxışına, “bütün səhiyyə işçilərimizin 14 Mart Tibb Bayramını təbrik edirəm” deyə başlayıb. Fədakar səhiyyə təşkilatının terror bölgələrində də güçlü mübarizəsinin idrakında olduğunu bildirib.

Prezident Ərdoğan, Hollandiyanın Türk nazirlərə istiqamətli rəftarına da toxunaraq: “Hollandiya və Hollandiyalıların gerçək üzünü Srebrenitsa qırğını zamanı gördük. Xarakterinin nə qədər pozuq olduğunu, 8 min Boşnakı orada necə qətl etdiklərini unudmadıq. Belə bir millətin Türkiyə kimi anlı açıq və pak bir millətə mədəniyyət dərsi verməyə haqqı yoxdur. Avropanın bəzi ölkələri irqçi və faşist partiyaların oyuncağı olub. Türkiyə Avropa daxilində artan irqçilik mövzusunda bu ölkələri hər fürsətdə xəbərdarlıq edir. İrqçilikdən ən çox yenə Avropanın təsirlənəcəyini səsləndirir.

11 martda Hollandiyanın Rotterdam şəhərində törədilən hadisələrlə yalnız Türk nazir yox, beynəlxalq diplomatiya hədəf götürülüb. Niderland rəhbərliyi bu rəftarı ilə Vyana Konvensiyası ilə Aİ meyarlarını hecə sayıb. Baxmayaraq Almaniya kansleri Hollandiyaya dəstəyini açıqlayıb. Bu da göstərir ki, Almaniyanın da bu ölkədən heç bir fərqi yoxdur. Əslində əksini gözləmək də səhv olar” deyə qeyd edib.

14 Martda Hollandiyada keçiriləcək parlament seçkilərinə də toxunan Ərdoğan, bu ölkədə yaşayan Türk vətəndaşları və müsəlmanlara, iqtidardakı partiya və irqçilərə səs verməmələri haqqında çağırış edib.

Türk millətinin nə qədər böyük olduğunu Hollandiyalıların da idrak edəcəyini ifadə edən prezident Ərdoğan, bizdən üzr istəsələr bilə mövzu ilə əlaqəli hüquq normaları çərçivəsində lazımlı addımların atılacağını bildirib.

Avropanın, quldur dövlətlərin düşüncələrinin hökmran olmasına icazə verilməyəcək qədər əhəmiyyətli bir qitə olduğunu ifadə edən Ərdoğan, bütün dünyadan mövzuya həssaslıqla yanaşmasını istəyib.

Türkiyəyə istiqamətli bu rəftarın hesabının hüquq və diplomatiya yolu soruşulacağını ifadə edən Ərdoğan, bütün platformalardan istifadə edərək xarici düşmənlik və İslam düşmənliyinə qarşı mübarizənin davam edəcəyini vurğulayıb.

Qeyd edək ki, Niderland rəhbərliyi, 11 Martda xarici işlər naziri Mevlüt Çavuşoğlunun təyyarəsinə eniş icazəsi verməmiş, Ailə və Sosial Siyasətlər üzrə nazir Fatma Betül Sayan Kayanın isə Türkiyənin Rotterdam Başkonsulluğuna getməsinə maneə törətmişdi.



Әlaqәli Xәbәrlәr