Binәli Yıldırım Hollandiyanın qәrarını tәnqid edib

Türkiyənin baş naziri Binəli Yıldırım  Balıkesir  şəhərində keçirilən mitinqdə Hollandiya hökumətinin  Türkiyənin XİN rəhbəri  Mövlud Çavuşoğlunun  eniş  icazəni ləğv etməsini tәnqid edib.

689542
Binәli Yıldırım Hollandiyanın qәrarını tәnqid edib

Türkiyənin baş naziri Binəli Yıldırım  Balıkesir  şəhərində keçirilən mitinqdə Hollandiya hökumətinin  Türkiyənin XİN rəhbəri  Mövlud Çavuşoğlunun  eniş  icazəni ləğv etməsi ilә bağlı qәrarını  tәnqid edib.

Baş nazir  çıxışı zamanı  Hollandiyanın qərarının  müttəfiqliyə sığmadığını deyib.

Türkiyənin Hollandiyanın daxili işlərinə qarışmadığını bildirən baş nazir Binəli Yıldırım : ‘‘ Avropadan xahiş  edirəm Türkiyənin daxili  işinə, siyasətinə  qarışmayın, tərəf tutmayın’’ deyib.

Hollandiyanın qərarını tənqid edən baş nazirin müavini Numan Kutrulmuş da: ‘‘Faşizmin ayaq səsləri  Avropanın hər yerində yüksəlməyə başladı. Bu  Avropanın gələcəyi üçün böyük təhdiddir. Ümid edirəm ki, bunu nəzərdən keçirirlər "  deyib. 



Әlaqәli Xәbәrlәr