"Səfər təzyiqlərini nə qədər artırırlarsa, artırsınlar", M.Çavuşoğlu

Uçuş icazəsinin ləğvi Hollandiyaya iqtisadi və siyasi sanksiyalar hesabına ağır başa gələcək.

689369
"Səfər təzyiqlərini nə qədər artırırlarsa, artırsınlar", M.Çavuşoğlu

  Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Hollandiyanın onun uçuş icazəsini ləğv etməsinin cavabının çox ağır olacağını söyləyib.

  Nazir Türkiyədə özəl televiziya kanalına verdiyi müsahibədə referendumla bağlı çıxışlar edilməsinə icazə verməyən Hollandiyanın Rotterdam şəhərinə bu gün gedəcəyini söyləmişdi.

  "Səfərlə bağlı təzyiq artırsa, artsın" deyən Çavuşoğlu “Uçuş icazəsinin ləğvi Hollandiyaya iqtisadi və siyasi sanksiyalar hesabına ağır başa gələcək” söyləyib.

  Rotterdam Bələdiyyə sədri Əhməd Əbu Tələb isə “Reuters” Agentliyinə verdiyi müsahibdə Türkiyə Xarici İşlər nazirinin referendumla bağlı gəlişinə qarşı çıxmadıqlarını bildirib.

  Digər tərəfdən, Türkiyə Ailə və Sosial Siyasətlər naziri Fatma Betül Sayan Kayanın da Almaniya səfəri ləğv edilib. Səbəb olaraq Fatma Kayanın çıxış edəcəyi salonun yalnız bazar və tətil günləri istifadə icazəsi olduğu göstərilib.  



Әlaqәli Xәbәrlәr