Suriyadakı hədəf El Babdan sonra Münbiçdir

“Münbiçə getdiyimizdə sparatçı  terror təşkilatı PKK-nın suriyadakı  qruplaşması YPG-nin  qarşımıza   çıxyası   halında   lazımlı cavabın  veriləcəyini    daha  əvvəl  də    dəfələrlə  səsləndirdik”

688129
Suriyadakı hədəf El Babdan sonra Münbiçdir

Xarici  işlər  naziri    Çavuşoğlu, paytaxt Ankarada media  və  veriliş orqanlarının nümayəndələriylə   təşkil  etdiyi  yığıncaqda: “Münbiçə getdiyimizdə sparatçı  terror təşkilatı PKK-nın suriyadakı  qruplaşması YPG-nin  qarşımıza   çıxyası   halında   lazımlı cavabın  veriləcəyini    daha  əvvəl  də    dəfələrlə  səsləndirdik”  deyə  vurğulayıb.   

Suriyada  cərəyan  edən  prosesə  də   münasibət  bildirən   Çavuşoğlu, terror təşkilatı YPG-nin Suriyada kanton xəyallarına əsla icazə verilməyəcəyini ifadə  edərək: “Rusların terror  qruplaşması  PYD-yə  dəstəyini müsbət  qarşılamarıq. Çünkü  PYD   də  Türkiyənin  təhlükəsizliyi baxımında   DAEŞ qədər təhlükəlidir. Münbiçdə   qarşımıza   çıxarsa, onu  darmadağı   edərik”  deyib.  

Prezidentin   baş  katibi  İbrahim Kalın da, Prezident  administrasiyasında   təşkil  etdiyi   mətbuat  konfransında  ünvanlanan  bir  suala cavabən: “Münbiçdə milli təhlükəsizlik  ilə   əlaqəli  bir  təhdidin yaranması  halında,  heç bir  addımı  atmaqda  imtina edilməyəcək, lazımlı   cavabın   veriləcək”  deyə  qeyd  edib.  

 



Әlaqәli Xәbәrlәr