Melahat Bilge Demirköz "Rising Talents" mükafatı laureatı oldu

UNESCO və L'Oreal'in  birgə keçirdiyi "For Women in Science" (Alim Qadınları üçün) proqramı çərçivəsində verilən "Rising Talents" (Yüksələn İstedadlar) mükafatı 1988-ci ildən etibarən hər il 15 gənc qadın alimə verilir.

687308

Bu il "Rising Talents" mükafatı laureatlarından biri türkiyəli dosent Melahat Bilge Demirköz oldu.
 Orta Şərq Texniki Universitetinin (ODTÜ) Fən Ədəbiyyat Fakültəsinin Fizika Kafedrasının dosenti Demirköz  kosmik radiasiyaya aid tədqiqatlarına görə bu mükafata layiq görülüb.
 Demirköz mükafatını martın 23-də Fransanın paytaxtı Parisdə təşkil olunacaq təqdimetmə mərasimində alacaq.
 Türkiyə hədəfləri təhsil, elm, mədəniyyət, kommunikasiya və informasiya vasitəsilə sülhün bərqərar olması, yoxsulluğun aradan qaldırılması və davamlı inkişafın təmin edilməsi olan UNESCO-nu yaradan 20 ölkədən biridir.
Təşkilatın ən fəal üzvlərindən olan Türkiyə bu çərçivədə 1946-cı ildən etibarən müxtəlif orqanlarda təmsil olunur.

 Türkiyə UNESCO-ya  əhəmiyyət verdiyi üçün daha əvvəl altı dəfə iştirak etdiyi icra heyətinin 2017-2021 dövrü seçkilərinə namizədliyini irəli sürüb. Sözügedən seçkilər bu ilin noyabr ayında Parisdə keçiriləcək.

Әlaqәli Xәbәrlәr