Dövlət Bahçeli:"Yeni Türk ruhunu ortaya qoymaq məsələsində cənab prezident ilə birlikdəyəm"

Bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli özəl televiziya kanalına müsahibəsində bildirdi.

685872
Dövlət Bahçeli:"Yeni Türk ruhunu ortaya qoymaq məsələsində cənab prezident ilə birlikdəyəm"

Almaniyanın Türkiyə nazirlərinin proqramını ləğv etməsi ilə bağlı etiraz reaksiyaları davam edir.
 
 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyaya ən sərt şəkildə reaksiya verdi.

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli prezident Ərdoğanın Almaniyaya qarşı sərt sözlərinə dəstək verdi.
 
Özəl televiziya kanalının qonağı olan Bahçeli Avropada 4 milyon Türkün yaşadığını xatırlatdı, prezident Ərdoğanın "yanınızdayıq" ismarıcını dəstəklədi.
 
 Bahçeli: "Cənab prezident  Avropaya getməyə qərar verərsə, tək deyil. Milliyyətçi Hərəkat Partiyasının sədri kimi onunla birlikdə Avropaya gedərəm" dedi.
 
Avropanın Türk dünyasının əhəmiyyətli hissəsi olduğunu ifadə edən Bahçeli: "Yeni bir Türk ruhunu ortaya qoymaq məsələsində cənab prezident ilə birlikdəyəm" dedi.
 
 Türkiyə Prezident Aparatı baş katibinin müavini və sözçüsü İbrahim Kalın da, prezident Ərdoğanın Almaniya ilə bağlı açıqlamalarına dəstək verən MHP  sədri Bahçeliyə təşəkkür etdi.
 
Kalın "Twitter" hesabından:"Cənab Dövlət Bahçeli  bu açıqlaması ilə milli mövqeyini bütün dünyaya bir daha göstərdi. Onu təbrik və ona təşəkkür edirəm" ifadələrini işlətdi.
 
Baş nazir Binəli Yıldırım özəl televiziya kanalına verdiyi müsahibədə Bahçelinn açıqlamasının həmrəylik nümunəsi olduğunu qeyd etdi.
 
Yıldırım daha əvvəl bunu Cümhuriyyət Xalq Partiyasının Antalya millət vəkili Dəniz Baykalın da etdiyini xatırladaraq:"Təşəkkür edirəm, çünki məsələ məmləkət məsələsi olanda digər şeylər təfərrüat olur. Biz  nə qədər ayrı düşünsək də çətin vəziyyətlərdə birlikdə hərəkət edə bilirik" dedi.
 
15 iyuldan sonra "Yeni Qapı ruhu"nun ortaya qoyulduğunu dilə gətirən Yıldırım:"Bu gün  Avropanın ölkəmizdə keçiriləcək referendumu istiqamətləndirməyə yönəlmiş qərəzli çıxışlarına qarşı da belə bir mövqe nümayiş etdirmək gözəl bir ismarıc oldu" dedi.



Әlaqәli Xәbәrlәr