“Ölkǝ daxilindǝ vǝ xaricdǝ terrora dǝstǝk verǝnlǝr cǝzasız qalmayacaq”: Yıldırım

Baş nazir Binali Yıldırım, Muş vilayǝtindǝ təşkil edilən mitinqdǝ, 15 İyul 2016-cı ildǝ terror tǝkşikatı (feto)-nun maskasının çıxarıldığını, bu tǝşkilat ilǝ separatçı terror təşkilatı PKK-nın qardaş olduqlarını hǝr kǝsin gördüyünü qeyd edib.

685292
“Ölkǝ daxilindǝ vǝ xaricdǝ terrora dǝstǝk verǝnlǝr cǝzasız qalmayacaq”: Yıldırım

Terror təşkilatlarının həmişə birlikdə hərəkət etdiyinə diqqət çəkən Baş nazir Binali Yıldırım: “Bu ǝli qanlı tǝşkilatların eyni mǝrkǝzdǝn qidalandıqları daha aydın vǝziyyǝtdǝ müşahidǝ olunur. Bu xain tǝşkilatlar ǝmǝllǝriylǝ Türklərin, kürdlərin, Ərəblərin, Zazaların düşmǝni olduqlarını göz önünǝ sǝrirlǝr. Bunların boynuna bağlanan ipi ǝllǝrindǝ tutan sahiblǝri, öz maraqlarına uyğun bir nizam yaradmaq üçün qardaşı qardaşa qǝtl etdirmǝk üçün ǝllǝrindǝn gǝlǝn sǝyi edirlǝr. Feto, din maskası altında Türkiyənin birlik-bǝrabǝrliyinǝ zǝrbǝ endirmǝk istǝyǝn qatil, PKK isǝ sosialist düşüncǝ maskası altında separatçı bir terror təşkilatıdır. Qatil, cinayǝtkar sürüsüdür” deyǝ vurğulayıb.

Bölgədə sürǝtlǝ investisiyalar hǝyata keçirildiyini ifadǝ edǝn Binali Yıldırım, təhsil, səhiyyə, nəqliyyat, enerji və toplu mənzil sahǝlǝrindǝ böyük sǝrmayǝlǝr yatırdıqlarını vǝ yatırmaqda davam edǝcǝklǝrini qeyd edib.

16 Apreldə Konstitusiyaya edilǝn dəyişikliyin referanduma çıxarılacağını, qǝbul edilmǝsi halında sistemin dəyişdiriləcəyini ifadǝ edǝrǝk: “ Çevrilişlǝr mirası olan mövcud konstitusiyanı artıq tədavüldən qaldıracağıq” deyib.



Әlaqәli Xәbәrlәr