İqtisadiyyat naziri Nihad Zeybəkci Kölndə Türklərlə bir araya gəlib

Kölndə keçirilən tədbirə  Türklərlə yanaşı Almaniya mediası da böyük maraq göstərib.

685078
İqtisadiyyat naziri Nihad Zeybəkci Kölndə Türklərlə bir araya gəlib

İqtisadiyyat naziri Nihad Zeybəkci ötən gün Almaniyanın Köln şəhərində Türklərlə bir araya gəlib.

Kölndə keçirilən tədbirə  Türklərlə yanaşı Almaniya mediası da böyük maraq göstərib.

Türklərlə söhbət edib xatirə şəkilləri çəkdirən Nihad Zeybəkci tədbirdə Türk vətəndaşlarına referenduma qoyulacaq konstutisiya dəyişikliyini izah edib.

Nazir daha əvvəl çıxış edəcəyi iki salonun müqaviləsinin alman rəsmiləri tərəfindən ləğv edilməsi məsələsinə də toxunaraq bildirib ki, bir milyondan artıq Türk seçisinin olduğu bu ölkədə Türk vətəndaşlarına xitabən çıxış etməyimiz təbiidir. Bu haqdan qonaq edən ölkənin də istifadə etdirmək vəzifəsidir. Hazırda bu tədbirdə iştirak etməyimizə imkan yaradan Almaniyaya təşəkkür edirik. Dost evi kimi gördüyümüz Almaniyada Türk vətəndaşları ilə bir araya gəlmək bizi qürurlandırır.

Ədalət və İnkişaf Partiyası hökumətlərinin həyata keçirdiklərinə toxunan nazir inkişaf edən Türkiyənin bəzi çevrələri narahat etdiyini söyləyib.

İqtisadiyyat naziri çıxışında 16 apreldə keçiriləcək rəfərəndumda nə üçün “bəli” deyiləyəcəyini müxtəlif nümunələr verərək izah edib, prezidentlik sisteminə keçilməsinin vacibliyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr