Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın reaksiyası öz müsbət təsirini göstərdi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Almaniyanın Türk siyasətçi və nazirlərin bu ölkədəki proqramlarına mane olunmasına göstərdiyi reaksiya öz müsbət təsirini göstərdi.

685086
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın reaksiyası öz müsbət təsirini göstərdi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Almaniyanın Türk siyasətçi və nazirlərin bu ölkədəki proqramlarına mane olunmasına göstərdiyi reaksiya öz müsbət təsirini göstərdi.

Xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniyanın xarici işlər naziri Sigmar Qabriel ilə telefonla danışıb. Telefon danışığının Qabrielin tələbi ilə baş tutduğu bildirilib.

Telefon danışığının Ərdoğanın Berlinə müraciətlə : "Almaniya sənin demokratiya ilə heç bir əlaqən yoxdur və bilirsənmi ki, sənin hazırkı hərəkətlərin nasistlərin zamanında ediləndən heç fərqli deyil…Mən  istəsəm  Almaniyaya gələrəm və qapıdan qoymadığınız yaxud da çıxışıma icazə vermədiyinizdə mən dünyanı ayağa qaldıraram” sözlərindən sonra baş tutması diqqət çəkib.

Xarici işlər naziri Mövlud Çavuşoğlu cümə günü səhər radələrində açıqlama verərək dəmişdi ki, bizimlə əlaqələrinizi davam etdimək istəyirsinizsə, bir daha təkrar edirəm, bizə necə rəftar etməlisiniz, bunu öyrənmək məcburiyyətindəsiniz. Bu metodla  bu işlər olmaz, belə davam etməz və biz də cavabını verərik. Artıq nə olacağını siz düşünün.

Almaniyanın xarici işlər naziri Qabriel də həmin gün Çavuşoğluna zəng edərək, ədliyyə naziri Bəkir Bozdağ ilə iqtisadiyyat naziri Nihat Zeybəkcinin Almaniyada Türk vətəndaşları ilə keçirəcəkləri yığıncağa icazə verilməməsi səbəbindən Türkiyə ilə Almaniya arasında yaranan böhranı müzakirə etmişdi.

Çavuşoğlu və Qabriel martın 8-də görüşəcəklərinə dair razılaşıblar.



Әlaqәli Xәbәrlәr